Bu gün:

Ketçup necə kəşf edilib?


Ketçup adətən ABŞ ilə əlaqələndirilsə də, əslində onun mənşəyi Çinə gedib çıxır. Bir çox yemək tarixçiləri ketçupun çoxəsrlik Çin sousu olan "koe-cheup" və ya "kechiap"dan qaynaqlandığını hesab edirlər. İngilis tacirlərinin bu sousu 18-ci əsrdə Çindən İngiltərəyə gətirdiyi güman edilir.

Ketçupun ilk forması, bugünkü pomidor əsaslı sousdan çox fərqli idi, çünki tərkibində pomidor yox idi. Əslində, bu sous, soya lobyasından tutmuş balıq bağırsaqlarına qədər müxtəlif inqrediyentləri olan duzlu, fermentləşdirilmiş bir pasta idi. İngilislər "katçup" reseptlərində müxtəlif tərəvəzlərdən istifadə etməyə başladılar, lakin pomidorun ilk dəfə 1812-ci ildə amerikalı alim Ceyms Meazın reseptində ketçupa daxil edildiyi düşünülür.

Heinz firmasının pomidor sousunu satışa çıxarması və ona rəsmi olaraq "ketçup" adı verməsi isə təxminən 64 il sonra baş tutdu.


Mənbə: Discovery Channel UK

Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et