Bu gün:

Lisa "Left Eye" Lopes kimdir?


Lisa "Left Eye" Lopes 1990-cı illərdə məşhur olan TLC hip-hop/R&B qrupunun üzvü, cəsarətli və barışmaz davranışı ilə tanınan müğənni və repçi olub. 27 may 1971-ci ildə Pensilvaniyanın Filadelfiya şəhərində doğulan Lopes, TLC qrupunda həmkarları Tionne "T-Boz" Watkins və Rozonda "Chilli" Thomasla birlikdə çalışaraq güclü qadınlıq brendi yaradıb. TLC, 1991-ci ildə yaradılıb və 1992-ci ildə çıxardığı ilk albomları "Ooooooooh... On the TLC Tip" böyük uğur qazanıb. 1994-cü ildə yayımlanan "Crazysexycool" albomu ABŞ-da 11 milyondan çox nüsxə sataraq, qrup üçün üç nömrəli hitlər – "Creep", "Red Light Special" və "Waterfalls" mahnılarını təqdim edib və iki Grammy mükafatı qazandırıb.

Lisa Lopes-in peşəkar həyatı inkişaf etsə də, şəxsi həyatı futbolçu Andre Risonla münasibətləri səbəbindən pisləşib. 1994-cü ildə Risonun evini yandırdığı üçün həbs olunub və bu hadisə qrupun maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb olub, 1995-ci ildə TLC iflas elan etmək məcburiyyətində qalıb. Uzun fasilədən sonra 1999-cu ildə qrup, “Fanmail” albomu ilə yenidən böyük uğur qazanıb və daha iki Grammy mükafatına laiq görülüb.

2000-ci ildə Lopes "Supernova" adlı solo layihəyə başlayıb, lakin albom bir neçə dəfə təxirə salınıb və sonunda internetdə yayımlanıb. Təəssüf ki, 25 aprel 2002-ci ildə, Lopes Hondurasda avtomobil qəzasında həyatını itirib, bu hadisə TLC qrupunun və musiqi dünyasının böyük itkisi hesab edilir.


Mənbə: Biography

Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et