Bu gün:

Disiplini inkişaf etdirmək üçün 5 effektiv yol


Öz disiplin həyatımızın müxtəlif yerlərində nailiyyət çatmamız üçün kritik rol oynayır. Psixoloq Michael Wiederman öz disiplinin necə inkişaf etdiriləcəyinə dair bəzi əhəmiyyətli strategiyalar tövsiyyə edir.

 

Həyatınızı daha yaxşı hala gətirmək üçün istifadə oluna biləcək 5 üsul:



  1. Möhkəmləndirmə gücü:Özünüzü istəmədiyiniz bir işi yerinə yetirməyə qarşı və ya tənbəlliyə qarşı göstərdiyiniz müqavimət üçün kiçik bir şəkildə mükafatlandırın.
  2. Gələcəyin gücü:Tətbiq edəcəyiniz öz disiplinin gələcəktəki həyatınıza necə təsir edəcəyini düşünün. Gələcəkdəki hədəflərinizi xatırlayaraq bu gün alacağınız qərarların dəyərini anlayın.
  3. Tətbiq etmə niyyətlərinin gücü:Qarşılaşdığınız vəziyyətlərdə necə reaksiya verəcəyinizi əvvəlcədən düşünün. Planlama edərək çətin vəziyyətləri daha asan bir şəkildə aradan qaldıra və öz disiplininizi qoruya bilərsiniz.
  4. Əzələni inkişaf etdirmək gücü:Öz disiplin bir əzələ kimi işlədildikcə güclənir. Çətinliklərlə qarşılaşdıqca bu bacarıq inkişaf edir və daha düzgün bir disiplin anlayışına sahib olursunuz.
  5. Rol modellərin gücü:Nailiyyətə çatmış birini gözünüzdə canlandıraraq o adamın nə edəcəyini düşünün. Rol modelinizin strategiyalarından ilham alaraq öz disiplininizi artıra bilərsiniz.


Wiederman iş yerində öz disiplinin əhəmiyyətini qeyd edir:“ Bəzən diqqət dağınıqlığı işimizi gecikdirməyə yol aça bilir. Ancaq bu kimi vəziyyətlər qarşısında ətrafımızı dəyişdirərək və bir az yaradıcılıq istifadə edərək öz disiplinimizi qoruya bilərik”.


Mənbə:Psychology Today 


Tərcümə etdi:Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et