Bu gün:

REM Yuxusu nədir?


Sürətli göz hərəkəti (REM) yuxusu aktiv yuxu, paradoksal yuxu kimi də tanınır və yaddaşın möhkəmləndirilməsi, emosional emal və beyin inkişafı kimi vacib funksiyalarda rol oynayır.

REM yuxu yuxugörmə, yaddaş, emosional işləmə və sağlam beyin inkişafında mühüm rol oynayır:

Yuxugörmə: Ən çox yuxular REM mərhələsində görülür və daha canlı olur.

Emosional işləmə: Beyin REM yuxusunda emosiyaları və amiqdalaya təsir edən hissləri işləyir.

Yaddaşın möhkəmlənməsi: Gün ərzində öyrənilən məlumatlar və bacarıqlar REM yuxusunda yaddaşa köçürülür.

Beyin inkişafı: REM yuxusu beyinin inkişafını dəstəkləyir, xüsusilə körpələrdə daha çox vaxt bu mərhələdə keçir.

Oyanmağa hazırlıq: REM yuxusu oyanmağa kömək edən sinir sistemini aktivləşdirir.

Yuxuya getdikdən 60-90 dəqiqə sonra ilk REM yuxu mərhələnizə daxil olursunuz. Gecə boyu yuxu dörd mərhələdən ibarət olaraq dövr edir: üç mərhələ Non-REM yuxu və bir mərhələ REM yuxu. Bütün bu mərhələləri keçmək 90-120 dəqiqə çəkir. Hər yeni dövrlə REM yuxusunda daha çox vaxt keçirirsiniz və REM yuxusunun böyük hissəsi gecənin ikinci yarısında baş verir.

Hər yuxu mərhələsi özünəməxsusdur.

1. Mərhələ 1 (Yüngül Yuxu): Beyin fəaliyyəti yavaşlayır, əzələlər bir qədər boşalır, nəfəs nizamlıdır.

2. Mərhələ 2 (Yüngül Yuxu): Ürək döyüntüsü və bədən temperaturu azalır, yuxu milləri və K-kompleksləri yaranmağa başlayır. 

3. Mərhələ 3 (Dərin Yuxu): Beyin delta dalğalarına keçir, oyandırmaq çətindir. Bu mərhələdə bədən fiziki olaraq özünü bərpa edir, immun sistemi güclənir.

4. Mərhələ 4 (REM Yuxusu): Beyin fəaliyyəti oyaq kimi görünür, əzələlər boşalır, lakin gözlər sürətlə hərəkət edir, nəfəs nizamsızlaşır, ürək döyüntüsü artır.

Hər 90-120 dəqiqədə bütün mərhələlər təkrarlanır, gecə boyu REM müddəti artır. Bu aralıqda yatmağınız daha məsləhətlidir, əks halda yorğun halda oyana bilərsiniz.

Mənbə: sleepfoundation

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et