
Almaniyadakı Wederath-Belginum qəbirsanlığı, Tunc dövründən Roma İmperiyası dövrünə qədər izlənə bilən nadir bir qalıqdır. Bu qəbirsanlığın təhlili, Roma İmperiyasının gəlişi ilə insanların həyatında necə dəyişikliklər baş verdiyini göstərir.
Ümumilikdə 1.689 dəfn tədqiq edilib və bunlar üç dövrə ayrılıb: 364 dəfn laten dövrünə, 113-ü erkən Roma dövrünə və 1.212-si isə Roma İmperiyası dövrünə aiddir.
Aparılan tədqiqat nəticəsində, Roma dövründə insanların ömrünün xeyli uzandığı məlum olub. Roma dövründə qəbirlər əsasən yaşlılara aid ikən, Romadan əvvəlki dövrlərdə çox az sayda insan qocalığa qədər yaşaya bilirdi.
Romadan əvvəlki dövrə aid cəsədlərin hamısı zədələnmiş halda tapılıb, bu da insanların tez-tez döyüşdüyünü göstərir. Ancaq Roma dövrü ilə birlikdə ərazidə sakitlik hökm sürməyə başlayıb.
Mənbə: Соцпортал
Tərcümə etdi: Səid Quliyev
