Alimlər 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə edilən təcrübədə, pişiklərin dil qabiliyyətlərini sınaqdan keçiriblər. Yeni bir araşdırma, pişiklərin müəyyən obyektlər və ya şəkillər üçün istifadə olunan sözləri həmin obyektlərlə əlaqələndirməyi və onları körpələrdən daha sürətli başa düşməyi öyrənə bildiyini ortaya qoyub.
Əvvəlki araşdırmalar göstərib ki, pişiklər insanların siqnallarını təqib edə bilir, kimə etibar edə biləcəklərini və onların qidasına kimin cavabdeh olduğunu anlayırlar. Onların öz adlarını tanıya bilmələri də məlum idi.
Yaponiyanın Abazu Universitetindən olan koqnitiv alim Saho Takagi və onun komandası yeni araşdırmada pişiklərin insan dilini öyrənmək üçün kifayət qədər “təchizat” olub-olmaması sualına müraciət ediblər. Takagi Science jurnalına verdiyi açıqlamada: "Tapıntılar məni çox təəccübləndirdi. Pişiklər heç bir xüsusi mükafat yönümlü təlim olmadan insan nitqini dinləyə və sözləri başa düşə bilirlər",- deyib.
Mənbə: euronews
Tərcümə etdi: Səma İsmayılova
