Bu gün:

Bir insan gündə nə qədər su içməlidir?


"Hər gün 8 stəkan su içilməlidir" istiqamətindəki məşhur tövsiyə göründüyü qədər qəti deyil. Bir insanın içməli olduğu suyun miqdarı yaş, cinsiyyət və fəaliyyət səviyyəsi də daxil olmaqla bir sıra amillərdən asılıdır. Orta hesabla, qadınlar hər gün susuz qalmamaq üçün təxminən 11 stəkan (2,7 litr), kişilər isə təxminən 15 stəkan (3,7 litr) su içməlidirlər. Bu su qəbulunun təxminən 20 faizi içkilərdən çox qidalardan gəlir.

Su insanın bədən çəkisinin təxminən 60 faizini təşkil etdiyi üçün maye qəbulu sağlamlığın qorunmasının açarıdır. Beyin 73 faizlə bədənin qalan hissəsinə nisbətən daha yüksək su konsentrasiyasına malikdir, buna görə də maye qəbulu beyin fəaliyyətinin sabit qalmasını təmin edir. Kifayət qədər su içmək enerji səviyyələrini yüksəldir, ürək çatışmazlığı riskini azaldır. Susuzluğun əlamətlərinə susuzluq, quru dəri və baş ağrıları daxildir.

Mənbə: Britannica

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et