Kino dünyasının önəmli ulduzlarından Marilyn Monroe portreti 195 milyon dollara satılıb. "Shot Sage Blue Marilyn" adlı portret keçmiş əsrin ən bahalı sənət əsəri olub.
"Shot Sage Blue Marilyn" amerikalı rəssam Andy Warhol tərəfindən Marilyn Monroe-nun ölümündən iki il sonra 1963-cü ildə yaradılıb.
Sənətçi bu tabloyu yaradarkən Monroe-nun 1953-cü ildə "Niagara" filminın təbliği üçün çəkdirdiyi bir fotosundan ilham alıb.
Portret New Yorkda Christie's auksion evində açıq hərraca çıxarılıb. Əsər 170 milyon dollardan alıcı tapıb. Vergilər və digər xərclərlə birlikdə alıcıya ümumi dəyəri 195 milyon dollara başa gəlib.
Bu portret "20-ci əsrdə yaradılan əsərlər" arasında ən yüksək qiymətə satılan əsər olub. Auksion yolu ilə satılan əsərlər arasında isə "bütün zamanların ən bahalı ikinci əsəri" olaraq qeydə alınıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova
