
O dövrdə boşanmanın sərt qaydaları sayəsində cütlüklər bir-birindən ayrılmaq üçün fiziki mübarizəyə girməli idilər. Hans Talhoffer-in “Döyüş” kitabında qeyd olunan bu boşanma qarşıdurması bizə həmin təcrübənin təfərrüatlarını göstərir. Kişilər və qadınlar qılınclarla silahlanaraq arenaya çıxır, mübahisələrini həll etməyə çalışırdılar.
Kişi bir çuxura salınır və yalnız çuxur daxilində hərəkət edə bilirdi, qadın isə çuxurun ətrafında sərbəst şəkildə hərəkət edirdi. Kişi çuxurdan çıxmağa cəhd edərsə, təslim olmuş sayılırdı, bu da qadına müəyyən üstünlük verirdi.
Hakimlər cütlüklərə bir ay vaxt tanıyırdılar ki, bu müddət həm mübarizəyə hazırlıq, həm də sülh yolu ilə problemlərini həll etmək üçün bir fürsət idi. Mübarizədə qalib gələn tərəf günahsız sayılır və boşanma ona verilirdi. Ədalət anlayışının bu qədər fərqli bir şəkildə tətbiq olunması maraqlı bir tarixi nümunə kimi diqqət çəkir.
Orta əsrlərin sonlarına yaxın bu adət tədricən yox olsa da, tarixdə bənzərsiz bir ədalət və azadlıq anlayışı kimi qalmağa davam edir.
Mənbə: Onedio
Tərcümə etdi: Selcan İbişli
