Bu gün:

Hansı heyvanlar fotosintez edə bilir?


Fotosintez qida istehsalı üçün çox səmərəli bir üsul olduğu üçün, bəlkə də biz də enerjimizi günəşdən əldə edə bilərikmi deyə düşünmək maraqlı ola bilər. Bitkilər karbon dioksid və suyu oksigen və şəkərlərə çevirmək üçün günəş enerjisindən istifadə edir. Bu proses bitkilərdə xlorofillə zəngin xloroplast adlanan orqanellərdə baş verir.

Bəzi heyvanlar da fotosintezdən faydalanmağı bacarır. Məsələn, sakoglosan dəniz ilbizləri yaşıl algləri yeyərkən onların xloroplastlarını öz hüceyrələrinə daxil edirlər. Beləliklə, həzm prosesi başa çatdıqdan sonra belə, qida istehsal etməyə davam edə bilirlər. Bu proses “kleptoplastiya” adlanır.

Digər heyvanlar, məsələn, bəzi qaşqaldaqlar və düz soxulcanlar isə alglərlə simbioz əlaqədə olurlar. Onurğalılardan yalnız ləkəli salamandr (spotted salamander) günəş enerjisindən faydalandığı bilinən heyvandır. Salamandr yumurtaları qoyulduqdan sonra alglər bu yumurtalarda koloniyalar yaradır və embrionları qidalandırmağa kömək edir. Aparılan tədqiqatlar göstərir ki, daha çox alg olan embrionlar daha yaxşı sağ qalır və sürətlə inkişaf edir.

Bu bizi düşündürür: İnsanlar fotosintez edə bilərmi? Hətta xloroplastları hüceyrələrimizə daxil etsək belə (bu, hazırda mümkün deyil) və genetik dəyişikliklər etsək (ki, bu da hələ mümkün deyil), insan bədəninin səth-həcm nisbəti bizi yaşatmaq üçün yetərli enerji hasil etmək üçün uyğun deyil. Sadəcə olaraq, insanlar yarpaq kimi quruluşa malik deyil.

Mənbə: Sciencefocus

Tərcümə edən: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et