Bu gün:

Pokemania nədir?


Pokemon video oyunu 1990 və 2000-ci illərin məşhur oyunudur. İlk dəfə 1996-cı ildə Yaponiyada pokémon video oyunlarının ilk nəsli “Pokemon qırmızı və yaşıl” yaradıldı. Pokemonun kartları çıxdı və tez bir zamanda dünya miqyasında yayıldı. Oyunda istifadə olun güclü qırmızı və yaşıl işıqlar tez bir zamanda insanlarda başgicəllənmə, ürəkbulanma kimi simptomlar yaratmağa başladı. Başgicəllənmə, baş ağrıları, ürəkbulanma və qıcolmalardan əziyyət çəkən 700-dən çox tamaşaçı Yaponiyadakı xəstəxanalara göndərildi.

 

Pokemon oyununun zərərli təsirindən sonra 1997-ci ildə cizgi filmi premyerası oldu. 1998-ci ildən “Pokemon” cizgi filmi olaraq ictimaiyyətə təqdim olundu və məşhurlaşdı, o dövrdə amerikalı uşaqlar Ash Ketchum və Pikachu ilə tanış oldular. Bundan əlavə təkmilləşdirilən video oyunu yenidən dünyada geniş vüsət aldı. 2000-ci illərin əvvəllərində oyun o qədər məşhurlaşdı ki, təyyarələrin, mağazaların üzərində onun şəklini görmək mümkün idi.  Amerikalılar həmin dövrü pokemania adlandırırdılar.  

Mənbə: Atlantamagazine 

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et