
Tədqiqatçılar, Braziliyada Atlantik tropik meşələrini qorumaq məqsədi daşıyan Braziliya qeyri-kommersiya təşkilatı Dancis layihəsi ilə əməkdaşlıq edərkən yeni bir birə qurbağası növü kəşf ediblər. Heyvanın görünüşü, səsləri və genetik profili, onun yaxın qohumu olan Brachycephalus hermogenesi növündən kifayət qədər fərqli olduğunu göstərdi və bu fərqlər sayəsində yeni növün B. dacnis olduğu təsdiqlənib.
Qeyd etmək maraqlıdır ki, B. dacnisin skeleti normal ölçülü qurbağaların skeletinə bənzəyir, halbuki digər miniatür qurbağaların əksəriyyətində bu xüsusiyyət müşahidə edilmir. Böyük qurbağalarda olan bir çox skelet xüsusiyyəti kiçik qurbağalarda ya birləşir, ya da tamamilə yoxdur. Məsələn, Braziliya dağlarında yaşayan bəzi zəhərli balqabaq qurbağalarının başlarında öz səslərini eşitmələri üçün vacib olan kiçik sümüklər yoxdur.
Alimlər hesab edirlər ki, orada daha çox birə qurbağası növü ola bilər. Onların kiçik ölçüləri və meşə döşəməsini örtən yarpaq qatında gizlənməyə meylli olmaları aşkar edilmələrini çətinləşdirir. Həmçinin, sarımtıl-qəhvəyi dəri rəngləri onları ətraf mühitə uyğunlaşdırır və yırtıcıların onları görməsini çətinləşdirir.
Mənbə: Mental Floss
Tərcümə edən: Ayxan Cəfərov
