2022-ci ildə alimlər Avstraliya sahillərində 200 kvadrat kilometr ərazini əhatə edən nəhəng dəniz otu aşkar ediblər. Bu, yan-yana düzülmüş 1500-dən çox futbol meydançası olan ərazi deməkdir.
Ginnesin Rekordlar Kitabında dünyanın ən böyük bitkisi kimi qeydə alınan bu bitki əslində, dəniz otu növü olan Posidonia australis növünə aiddir.
Qərbi Avstraliyada yerləşən Shark Bay YUNESKO-nun Ümumdünya İrsi Saytıdır və bu xüsusi növün inkişaf etdiyi bir sığınacaqdır. Lakin fövqəladə orqanizmin tək bir bitkidən ibarət olduğu yalnız son illərdə məlum olub.
Posidonia australis; O, dəniz yosunu deyil, 4500 ildən artıqdır yavaş-yavaş böyüyən çiçəkli bitki növüdür.
Ən maraqlısı odur ki, bu nəhəng bitkinin bir hissəsi Poseydonun lent otu ilə naməlum növün hibridləşməsi nəticəsində əmələ gəlib.
Bu təəccüblü kəşfdən əvvəl dünyanın ən böyük canlı məxluqu adı ABŞ-ın Oreqon ştatının 2385 hektarlıq ərazidə yerləşən Armillaria ostoyae göbələkinə məxsus idi.
Bununla belə, heyvanlar aləmində mavi balina hələ də ən böyük heyvan kimi tanınır. Mavi balina təkcə bu gün deyil, həm də dünya tarixində indiyə qədər yaşamış ən böyük heyvan hesab olunur.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
