Bu gün:

Kinsugi fəlsəfəsi nədir?


Rəvayətə görə, Kinsugi sənəti XV əsrdə yaranıb və “qızıl ilə nələrisə birləşdirmək” mənasını verir.

Kinsugi- qırılmış keramik əşyaları qızıl tozuyla yapışdırma və ya restavrasiya metodudur. Belə ki, pis vəziyyətdə olan əşyanı daha gözəl edərək yenidən dirçəltmək sənətidir. Amma günümüzdə Kinsugi metafora olaraq işlənir.

Bugünkü həyatımızda Kinsugi fəlsəfəsini istifadə edə bilərik. Əgər bir əşya qırılıbsa, onu atmaq üçün tələsmək lazım deyil. Onu daha fərqli metodla gözəlləşdirə bilərik.

Kinsugi fəlsəfəsi eyni zamanda, əşyanı olduğu kimi qəbul etmək və gözəlliyini görə bilmək bacarığını təbliğ edir.

Həyatımızda isə bu özümüzü və ətrafımızdakıları olduğu kimi qəbul etmək və hər çatışmazlığı sağlam qarşılamaqdır.

Mənbə: Forbes

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et