Bu gün:

Niyə suyun altında nəfəs almaq olmur?


İnsanlar nəfəs aldıqları zaman burun və ağız boğazın arxasında birləşir, bu isə bütün havanın trakea adlanan nəfəs borusuna keçiməsinə şərait yaradır. Buradan hava ağciyərlərə gedir və kiçik-kiçik hava yollarına doğru gedərək, sonunda alveollar adlanan kiçik kisəciklərə çatır. Alveollarda oksigen qan dövranınıza absorbsiya olunur və havanın istənilməyən hissələri, karbon dioksid kimi tullantı maddələr qan dövranınızdan çıxarılır. Bu tullantı qazı nəfəs verdikdə xaric edilir. Oksigen suda həll olunur. Bu məsələyə belə nümunə və aydınlıq gətirmək olar ki, balıqlar da yaşamaq üçün oksigenə ehtiyac duyurlar, amma onların nəfəs alma sistemi bizdən fərqlidir. Onların nəfəs alma sistemi gilələrdir və oksigeni gilələr vasitəsilə alırlar. İnsanların gilələri yoxdur və buna görə də biz sudan ehtiyacımız olan oksigeni bu şəkildə ala bilmirik. 


Amma balinalar və delfinlər sudə yaşayır və nəfəs alırlar, bəs biz niyə ala bilmirik?Balinalar və delfinlər başlarının üstündəki burun dəlikləri vasitəsilə nəfəs alırlar. Suyun səthində dərin bir nəfəs alıb, suya dalanda çox uzun müddət nəfəs tuturlar. Biz isə bu qədər havanı ağciyərlərimizdə saxlaya bilmədiyimiz üçün yalnız qısa müddətlər üçün su altında qala bilərik, sonra nəfəs almaq üçün yenidən yuxarı qalxmalıyıq.


Mənbə:London's Global University 


Tərcümə etdi:Arzu Qafarova

Paylaş
Şərh əlavə et