Hamı bilir ki, toya ağ paltar geyinmək olmaz. Bəs qara paltar necə?
Əvvəl qara rəng traur simvolu olaraq bilinib. Viktoriya dövründə isə bu rəng geyimləri ərlərini itirmiş qadınlar geyinib.
1920-ci illərdə bu idealogiya yox olmağa başlayıb. Əsasda İkinci Dünya müharibəsindən sonra, hətta Vogue jurnalının 1927-ci il buraxılışının “Traurın yeni aspekti” məqaləsində qeyd olunub: “Çox insan o vaxtı (müharibə vaxtı) qara geyinməkdən imtina edib, səbəb isə bütün ölkənin qaraya bürünməsinin depressiv olması idi”.
Elə bu illərdə də Coco Chanel “kiçik qısa don” terminini populyarlaşdırmağa başlayıb. Və qadınların qarderobunun ayrılmaz bir hissəsi qara rəng olub.
Və sualımıza qayıtsaq, qara don geyinmək olarmı? Toy stilisti Anney Choi sizə “Əlbəttə ki, olar” cavabını verər.
Həqiqətən də, Emily Postun “Toy mədniyyəti” kitabında “Toya qara və hətta ağ geyinmək belə toy mədəniyyətinə daxildir” yazılıb. “Bəzən gəlinlər özləri belə toya qara libasda gəlməyi xahiş edir” əlavə olunub.
Stilist Meykonun sözlərinə görə isə son vaxtlar qara gəlin donu geyinən gəlinlərin sayı artıb. Hətta 1997-ci ildə Sarah Jessika Parkerdə öz toyuna qara gəlin donu geyinərək moda tarixinə düşüb.
Və belə qənaətə gəlmək olar ki, əgər geyinəcəyiniz libas toy üçün uyğundursa, rəngin heç bir fərqi yoxdur.
Mənbə: Vogue
Tərcümə etdi: Fatimə Umarbəy
