İddia edilən təhsil faydalarını qiymətləndirmək daha çətin ola bilər, lakin sadəcə insanlara süni mühitlərdə heyvanları yaxından görmək imkanının təmin edilməsi, heyvanların evə getdikdən sonra vəhşi təbiətdə qorunmasına kömək etmək üçün onların davranışlarını dəyişdirə bilməz.
Ümumiyyətlə, zooparklar təhsil və mühafizədən daha çox əyləncə təmin etməyə üstünlük verir. Vəhşi təbiətin bu əmtəələşməsi zooparkların mütəmadi olaraq artıq faydalı və ya gəlirli olmayan və “artıq ehtiyat” hesab edilən sağlam fərdləri öldürdüyü “zootanaziya” adlanan təcrübə vasitəsilə daha da nümayiş etdirilir.
Şübhəli idarəetmə təcrübələrini və ən yaxşı şəraiti təmin edən zooparklarda belə qorunma və təhsil faydalarının zəif və ya olmamasını nəzərə alsaq, vəhşi heyvanı zooparkda ömür boyu əsirlikdə saxlamaq, fikrimizcə, açıq şəkildə qeyri-etikdir.
Mənbə: bornfree.org.uk
Tərcümə etdi: Nazrin Humbat