Dünyanın bir çox yerlərində spirtli içki olmadan şənlik təsəvvür etmək mümkün deyil. Bəzi insanlar üçün bir qədəh şərab yad insanlarla söhbətə başlamağı asanlaşdırır.
Bəzi araşdırmalar göstərir ki, qırmızı şərab kimi bəzi spirtli içkilərin məhdud istifadəsi sağlamlıq üçün faydalı belə ola bilər.
ÜST-ün (Ümümdünya Səhiyyə Təşkilatı) son hesabatına görə, hər il 2,6 milyon insan alkoqol qəbulundan ölür. Alkoqol bağırsaq və döş xərçəngi də daxil olmaqla ən azı yeddi növ xərçəngə səbəb olur. ÜST tərəfindən edilən ətraflı araşdırmada yüngül və orta qəbula qarşı gələn 1,5 litrdən az şərabın və 3,5 litrdən az pivənin belə təhlükəli olduğu deyilir. ÜST-ün yeni təlimatında deyilir ki, spirtli içkinin təhlükəsiz qəbul miqdarı yoxdur və sağlamlıq riski hər hansı bir spirtli içkinin ilk damlası ilə başlayır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, dünya üzrə adambaşına ümumi spirt istifadəsi 2010-cu ildə qeydə alınan 5,7 litrdən 2019-cu ildə 5,5 litrə qədər bir qədər azalıb. Alkoqol istifadəsində kişilər qadınlardan öndədir. Orta hesabla, qadınlar ildə 2,2 litr, kişilər isə 8,2 litr spirtli içki içir.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
