Bu gün:

Qorxu filmlərinə baxmağın faydaları


Tədqiqatlar göstərib ki, qorxu filmlərinə baxmaq narahatlığı aradan qaldırmağa və emosional dayanıqlığı artırmağa kömək edə bilər.

Danimarkadakı Orhus Universitetində olan əyləncə məqsədi daşıyan qorxu laboratoriyası qorxu filmlərinə baxmağın təsirlərini araşdırıb. Laboratoriyanın direktoru Mathias Clasen Euronews Culture-a bildirib ki, onların araşdırmaları insanların qorxu ilə oynamaq təcrübələrinin sağlam göründüyünü və qorxu filmlərinin potensial olaraq "dərman" rolunu oynaya biləcəyini aşkar edib.

"Təşviş pozuntusu olan insanlar idarə edə bilməyəcəkləri qeyri-müəyyən pis hisslər buludunda yaşayırlar, amma qorxu filminə baxanda onlar qorxunu özləri seçirlər, ürəklərinin niyə döyündüyünü dəqiq bilirlər",- deyib.

Mənbə: Sözcü

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et