
Zəlzələ Psixologiyası
Zəlzələ hər cəhətdən çox travmatik və sarsıdıcı vəziyyətdir. Onu yaşayan insanda həddindən artıq qorxu və stress yaradır. Zəlzələdən sonra sağ qalma ehtimalı belə insanda narahatlıq yaradır, hətta titrəyişlər belə zəlzələ kimi şərh edilə bilir. Zəlzələlərin bu qədər narahatlıq yaratmasının səbəbləri var. Bunlardan birincisi nə vaxt gələcəyinin bilinməməsi, digəri isə sonradan idarə oluna bilməməsidir. İnsanlarda; insanların və onların yaxınlarının qəfil ölməyəcəyinə, təhlükəsiz olduqlarına inam;
Uzun illər ərzində şüursuz şəkildə tədricən yığılaraq formalaşır və onun birdən-birə məhv olması, dəyişməsi insan üçün şüurda ziddiyyətli hisslər yaradır.
Zəlzələ psixologiyası: Zəlzələdən sonra insanda 3 mərhələli vəziyyət müşahidə edilir;
Şok; Bu, bizim müdafiə mexanizmimizin, o cümlədən fizioloji tətikləmə və həyəcanlanmanın ilk zərbə və məhv edilməsi ilə aktivləşdiyi prosesdir.
Passivləşmə; İnsan həddindən artıq qorxduğu vəziyyətdən sonra duyğularını hiss etməkdə çətinlik çəkir. O, mövcud mühitini və ya vəziyyətini aşkar edə bilməyə bilər. Çünki ölüm qorxusu insanı çarəsiz, zəif və ya yorğun hiss etdirir. Bu mərhələdə zəlzələdən sağ çıxanın danışması, yaşadıqlarını və duyğularını boğmaması son dərəcə vacibdir.
Yüksək dərəcədə narahatlıq; Kabuslar görmək, yuxusuzluq, davamlı olaraq zəlzələ haqqında düşünmək, baş verənləri daim təkrarlamaq, gələcək üçün plan qura bilməmək və s kimi əlamətlər göstərməsi təbiidir.
Bərpa; 2-6 həftəlik müddətdən sonra bu mərhələdə bərpa mərhələsi başlaya bilər və bu mərhələdə insan gələcək üçün plan qurmağı bacarmalı, üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olmalıdır.
Bu ilkin qəbuldan sonra gündəlik həyatın nizama salınması və planın qurulması; qeyri-müəyyənliyi azaldır. Kiçik pozitivliklərdən xəbərdar olmaq və daxili aləminizi etibarlı insanlarla bölüşmək zəlzələ psixologiyası və proseslərin sağlam idarə olunması üçün vacibdir.
Exp. Klinik Ps. Bahar Dəmiri
Mənbə: Adel danışmanlık
Tərcümə etdi: Aydan Qasımova
