Bu gün:

Onun təsiri ölümdən sonra da davam edir


Yeni bir araşdırma tütünün sümüklərdə əsrlər boyu qalıcı izlər qoyduğunu aşkar edib. Leicester Universitetinin araşdırması tütündən istifadənin insan sağlamlığına təsirini üzə çıxarıb, onun skelet quruluşuna təsirini və sümük xəstəlikləri ilə əlaqəsini təfərrüatlandırıb.


Arxeoloqların araşdırmaları nəticəsində məlum olub ki, tütün, siqaret çəkənlərin sümüklərində təkcə sağlığında deyil, hətta ölümündən sonra da əsrlər boyu davam edən izlər buraxır.


Leicester Universitetinin tədqiqatçıları 12-19-cu əsrlər arasında İngiltərədə basdırılmış insan qalıqlarını araşdıraraq, tütünün sümüklərə dərin təsirini və sınıq riskinin artması kimi sümüklə əlaqəli şərtlərlə əlaqəsini ortaya qoydular.


Siqaret çəkmə aşağı sümük sıxlığı, sınıq riskinin artması və periodontit kimi sümüklə əlaqəli şərtlərlə əlaqələndirilir.


Dr. Sarah İnskip, araşdırmanın nəticələrinin tütündən istifadənin skelet quruluşuna təsirini və onun dayaq-hərəkət sistemi xəstəlikləri və diş sağlamlığına risk faktorlarını anlamaq üçün vacib məlumatlar verdiyini deyib.


Tədqiqat siqaretin tarixən yayılmasına işıq salır və həmçinin tütünün insan sağlamlığına geniş və davamlı təsirini göstərir.



Mənbə:NTV Türkiyə

Tərcümə etdi:Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et