Bu gün:

Ən qədim kondisionerlər


Evləri soyutmaq üçün qədim misirlilər "Külək Yiyəsi" adlanan dahiyanə bir sistemdən istifadə edirdilər. Bu sistemdə, evin ən hündür nöqtəsində külək girişi qoyulurdu (küləkdə daha az toz olması üçün külək yuxarıdan götürülür və bəzən ayrı-ayrı qüllələr də tikilirdi).

Mürəkkəb kamera sistemi vasitəsilə külək evin içərisinə daxil olur və aşağıdan yuxarıya doğru havalandırılırdı. Soyuq hava isti havadan daha ağır olduğu üçün isti hava yuxarıya yönəlir, beləliklə evin içərisindəki hava axını yaradılırdı.

İsti külək yeraltı sərin kameralardan keçirilərək soyudulurdu və toz üçün filtrlər quraşdırılmışdı. Bu sistem müasir kondisionerlərdən də effektiv idi, çünki nəfəs alınan hava otaqda qalmır, daim yenilənirdi.

Mənbə: Archiev.org

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et