
Braziliya başda olmaqla müxtəlif tropik bölgələrdə yetişdirilə bilən anakardiya, zəngin qida dəyəri ilə sağlamlıq üzərində geniş təsirə malikdir. Alma formalı meyvəyə sahib bu ağac, saqqız ağacı ailəsinin üzvüdür.
Meyvənin uc tərəfində yerləşən lobya formalı toxum anakardiya olaraq tanınır. Bu gün Hindistan, anakardiyanın ən böyük ixracatçısıdır. Meyvənin toxumları çiy və ya qovrulmuş formada istifadə edilə bilər.
Sağlam yağlar, lif, antioksidantlar və zülalla zəngin olan anakardiyanın faydaları bədənin müxtəlif yerlərində öz təsirini göstərə bilər. Qəlyanaltı olaraq da istifadə edilən anakardiya, qan şəkərini tənzimləyici təsiri ilə diabet riskini azaltmağa kömək edir.
Bundan əlavə, anakardiya pəhriz saxlayanlara arıqlama prosesində də dəstək verir. Tərkibindəki dəyərli antioksidantlar ürək-damar sisteminə də müsbət təsir göstərir.
Mənbə: Medical Park
Tərcümə etdi: Fatimə Hüseynova
