Bu gün:

Elm adamları qaşınmanın şok edici səbəbini açıqladı


Harvard Tibb Məktəbinin elm adamları, qaşınmanın səbəbini aşkar edərək bu narahat hissin arxasındakı dəhşətli həqiqəti açıqladılar. Hər hansı xüsusi səbəb olmadan dərinizin qaşındığı anları bilirsinizmi? Elm adamlarının kəşfinə əsasən, bu hiss Staphylococcus aureus adlı bakteriyanın sinir hüceyrələrimizə təsir etməsi nəticəsində yaranır.


Journal Cell adlı elmi jurnalda dərc edilən araşdırmaya görə, S. aureus dərimizdə olan sinir hüceyrələrini kimyəvi maddə vasitəsilə aktivləşdirir. Bu aktivləşmə sinirdən beyinə bir siqnal göndərir və beynimiz bunu qaşınma kimi qəbul edir. Yəni, bakteriyanın yaydığı kimyəvi maddə bizim qaşınmamıza səbəb olur.


Tədqiqatçılar bu nəticəni siçanlar və insan hüceyrələri üzərində apardıqları araşdırmalarla əldə etdilər. Siçanların dərisinə S. aureus tətbiq edildikdən sonra, onların dərisi həssaslaşıb daha çox qaşınmağa başladı – adi toxunuşlar belə qaşınmaya səbəb oldu.


Hərçənd, dərimizdə yaşayan yaxşı bakteriyalar da var və onlar bu əziz orqanımızın sağlam qalmasına kömək edir. Ancaq dərimizin mikrobiom balansı pozulduqda, S. aureus həddindən artıq yayılaraq qaşınmaya səbəb ola bilər.


Mənbə: Sciencefocus

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et