Bu gün:

Elektron siqaret haqda bilməli olduğunuz 5 fakt


Əgər siz siqaret çəkməyi tərgitmək istəyirsizsə yaxın əyləşin,çünki tək deyilsiz. Hər 10 siqaret çəkəndən 7-si tərgitmək istədiyini deyir.

Siqaret çəkməyi tərgitmək sağlamlığınıza edə biləcəyiniz ən böyük yaxşılıqdır. Siqaret sizin bütün orqanlarınıza təsir edir və 3-də bir ölümlərin məhz siqaretdən olduğu bilinir. Normal (tütün tərkibli) siqareti tərgitmək üçün elektron siqaretlərə üz tuta bilərsiz.


Bəs elektron siqaretlər göründükləri qədər zərərsizdilər?


Tibb elmləri doktoru Maykl Blaxa  “vape”(elektron siqaret) haqda 5 maraqlı faktı paylaşıb:


1. Vape siqaretdən daha ziyansızdır ama tam ziyansız deyil:


Elektron siqaret aerozol yaratmaq üçün nikotin və aromatizatorları qızdırmalıdır. Lakin, elektron siqaretlə bağlı ölüm hadisələridə çoxdur. 2020-ci ilin fevral ayında 2807 ciyər xəsarəti və 68 ölüm qeydə alınıb.


2. Elektron siqaret ciyərlərə və ürəyə ziyandır.


Nikotin “adi siqaretlərin” əsasını təşkil edir, lakin elektron siqaret də daha çox asılılıq yaradır. Bu isə ürək döyüntüsünün artmasına yol açır.

Amma elektron siqaretlər hələ də tamamilə araşdırılmayıb, ona görə də içərisində nə qədər zərərli maddə olduğu bilinmir.


3. Vapedə normal siqaret kimi asılılıq yaradır.


İki növ siqaretin içərisində nikotin olduğuna görə, ikisi də kokain, qeroin kimi asılılıq yarada bilər. Blaxanın dediyinə görə: Bəzən elektron siqaretlərin nikotin norması daha çox ola bilir”.


4. Elektron siqaret normal siqareti tərgitmək üçün yaxşı seçim deyil.


Baxmayaraq ki, vape siqaretdən əl çəkmək vaisitəsi kimi reklam olunur, bu heç də elə deyil. Aparılan araştırmalara görə elektron siqaret istifadə edənlər daha sonra yenidən “normal siqaretə” qayıdıb və ikisini birdən istifadə edib.


5. Yeni nəsil nikotinə öyrəşir.


Elektron siqaret get-gedə cavanlar arasında məhşurlaşmağa davam edir.

Araşdırmalar nəticəsində, Amerikada 2 milyondan çox tələbənin elektron siqaret istifadə etdiyi bilinib.


Mənbə: hopkinsmedicine.

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et