Bu gün:

Böyük Britaniyada ilk çiçək xəstəliyi hadisəsi aşkar edilib


Böyük Britaniyada, Afrikanın bəzi bölgələrində baş vermiş son epidemiya ilə əlaqəli bir meymun çiçəyi hadisəsi müəyyən edilmişdir ki, xəstəlik insandan insana daha asan ötürülür.


Böyük Britaniyalı bir xəstə, bu yaxınlarda Afrikada tətildə idi və 22 oktyabr günü xəstədə qripə bənzər simptomlar yaranıb. Növbəti iki gün ərzində qızdırma, baş ağrısı və enerji çatışmazlığı müşahidə edilib. Testlər, infeksiyanın 1b sinfinə aid olduğunu təsdiqləyib. Virusun bu forması artan narahatlığa səbəb olur.

"Baxmayaraq ki xəstəliyin digər növləri xaricdə baş verib, lakin ilk dəfədir ki, biz Böyük Britaniyada bu növ çiçək xəstəliyini aşkar edirik.  Böyük Britaniya əhalisi üçün risk aşağı olaraq qalır və biz yaxın təmasları müəyyən etmək və hər hansı potensial yayılma riskini azaltmaq üçün sürətlə işləyirik”,- Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin baş tibbi məsləhətçisi professor Susan Hopkins deyib.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et