Yuxu iflici, yuxu zamanı əzələlərdə baş verən fizioloji iflicin oyandıqdan sonra bir müddət davam etdiyi bir vəziyyətdir. Bu vəziyyət xüsusilə tez-tez yuxuya gedəndə, yuxuya getdikdən dərhal sonra və ya oyandıqda olur.

Yuxu iflici mərhələsində insan hallüsinasiyalar görə bilər. Hissiyyat itməsə belə, bir insan sanki təzyiq altında imiş kimi hiss edə bilər. Yuxu bitməmiş oyansaq, şüur açıq ola bilər, amma bədəni idarə edə bilmərik. Yəni təzəcə oyansaq belə, bədənimiz tərpənmir. Yuxu iflici zamanı baş verən hisslər çox şiddətlənir və nəfəs almaqda çətinlik, kənar varlıq hissi və sinədə güclü təzyiq hissi kimi simptomlar görünür.
Mənbə: Npistanbul
Tərcümə etdi: Fatimə Kərimli
