Appendisit partlaması bir çox insanların maraqlandığı və sosial mediada araşdırdığı mövzulardan birinə çevrilib. "Qalatasaray"ın baş məşqçisi Okan Burukun appendisit əməliyyatı olması səbəbindən bir çox "Qalatasaray" azarkeşləri "Appendisit nədir, nədən yaranır? Appendisit partlaması təhlükəlidirmi?" Suallarına cavab axtarmağa başlayıblar.
Partlamış appendisit yemək borusundakı appendiksin iltihabıdır. Appendisit iltihablı əlavənin kəsilməsi ilə müalicə olunur. Appendisitin simptomlarına qarın ağrısı, iştahsızlıq daxildir.
Kökü tıxanaraq bakteriyalara yol açan appendiks əvvəlcə şişir. Daha sonra qan dövranı pozğunluğu yaranır və müəyyən nahiyədə çürümə nəticəsində “deşilmə” yaranır. Buna appendiks partlaması (perfore appendisit) deyilir. Bu çürümə və deşilmə appendisit əlamətləri başladıqdan sonra ilk 24 saat ərzində istənilən vaxt baş verə bilər.
Partlamış appendisit müalicə olunmazsa, yırtılmış appendiks infeksiyaya, absesə, qan dövranında sepsis kimi tanınan infeksiyaya və hətta ölümə səbəb ola bilər.
Mənbə: NTV
Tərcümə etdi: İbrahim Çobanlı
