Mizofoni, bəzi səslərə qarşı aşırı həssaslıq və güclü emosional reaksiya vermə halıdır. Bu vəziyyət, gündəlik səslərə qarşı normaldan çox daha güclü bir qəzəb, iyrənmə, narahatlıq və ya qaçınma hissi yaradır.

Mizofoni, duyğusal həssaslığın bir növüdür və fərdlərdə həm psixoloji, həm də fiziki simptomlar ortaya çıxır. Bu simptomlar arasında ürək döyüntüsü, tərləmə, mədə bulantısı və əzələ gərginliyi vardır.
Mizofoninin simptomları və təsirləri
Mizofoni xəstəliyindən əziyyət çəkən fərdlər, tətikləyici səslərə qarşı güclü bir "mübarizə ya da qaçış" reaksiyası göstərirlər. Bu, səsin alqılanması ilə birbaşa ortaya çıxan və narahat edici emosional reaksiyanı əhatə edir. Rahatsızlıq anidən başlayır və səs mənbəyindən qaçma istəyi, aşırı qəzəb və ya panik atak bənzəri simptomlarla özünü göstərə bilər. Narahatlığın dərəcəsi yüngül narahatlıqlardan gündəlik həyatı ciddi şəkildə təsir edə biləcək səviyyələrə qədər dəyişə bilər.
Səbəbləri və mexanizmləri
Mizofoninin səbəbləri tam olaraq anlaşılamamışdır, lakin tədqiqatlar bu xəstəliyin beyin işləmə pozuntuları ilə əlaqəli ola biləcəyini düşünür. Beynin səs emalına dair sahələrindəki aşırı həssaslıq və anormal əlaqələr bu vəziyyəti yarada bilər. Həmçinin, mizofoni, obsesif-kompulsiv pozuntu (OKB), narahatlıq pozuntuları və diqqət əksikliyi/hiperaktivlik pozuntusu (DEHB) kimi digər psixiatriya pozuntuları ilə də əlaqələndirilir.
Müalicə yolları
Mizofoni üçün spesifik bir müalicə metodu olmamasına baxmayaraq, müxtəlif terapevtik yanaşmalar simptomları yüngülləşdirmək məqsədilə istifadə olunur. Koqnitiv-davranışçı terapiya (KDT), fərdin tətikləyici səslərə olan reaksiyasını idarə etməsinə kömək edə bilər. Eyni zamanda, səs terapiyası, fərdin tətikləyici səslərə məruz qalma səviyyəsini tədricən artıraraq alışmasını hədəfləyən duyğusal inteqrasiya terapisi kimi metodlar da istifadə edilə bilər. Bəzi hallarda meditasiya, fərqindəlik çalışmaları və stres idarəetmə texnikaları da simptomları yüngülləşdirmək üçün tövsiyə olunur.
Mizofoni, hələ də geniş şəkildə tanınmayan bir vəziyyət olsa da, fərqin artması və daha çox araşdırmaların aparılması, effektiv müalicə və dəstək metodlarının inkişafına kömək edə bilər.
Mənbə: Psychology Today
Tərcümə etdi: Zeynəb Yunuszadə
