Bu gün:

Əməliyyatdan sonra musiqi dinləmək ağrını azaldır?


Kaliforniya Northstate Universiteti Tibb Fakültəsi tədqiqatçıları, musiqinin əməliyyatdan sonra sağalma prosesinə təsirini araşdıran 3.736 tədqiqatı analiz edərək, bu sayı 35 məqaləyə endirdi.

Bütün tədqiqatlar ağrı və narahatlıq kimi sağlamlıq vəziyyətləri ilə yanaşı, ürək döyüntüsü və opioid istifadəsi ilə bağlı məlumatlar ehtiva edirdi. Tədqiqatçılar öz təhlillərində müəyyən ediblər ki, cərrahiyyə əməliyyatından sonra istər qulaqlıq, istərsə də dinamik vasitəsilə musiqi dinləmək, sağalma prosesində xəstələrə nəzərəçarpacaq dərəcədə təsir göstərir. 

Tədqiqatın baş müəllifi Kaliforniyanın Northstate Universiteti Tibb Məktəbinin cərrahiyyə professoru Dr. Eldo Frezza izah edir:

Xəstələr əməliyyatdan sonra oyananda bəzən həqiqətən qorxur və harada olduqlarını bilmirlər. Musiqi bu keçid zamanı ayılmağı asanlaşdırmağa və stressi azaltmağa kömək edə bilər.

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et