Bu gün:

Pipet istifadəsinin zərərləri


Plastik pipetlər, xüsusilə restoran ve kafelərdə və ya evlərə gələn yemək servislərində sıxlıqla istifadə olunur. Belə ki, bəzən istəmədiyinizi desəniz belə bir şəkildə pipetlər masanıza gəlib çatır.

Yesilist'te yer alan xəbərə görə, əgər ciddi bir sağlamlıq probleminiz varsa, plastik pipetlərin istifadəsi sizə ziyan verə bilər. Plastik pipetlər eyni zamanda, suda yaşayan canlılar üçün də təhlükə yaratmaqdadır. Bəzi yerlərdə, bu plastik pipetler heyvanların bədənlərinə ilişə bilir. Bu səbəbdən plastik pipetlərin istifadəsinin aradan qaldırılması çox əhəmiyyətlidir. Aşağıda pipetlerin ən vacib zərərləri qeyd edilib:

1. Diş sağlamlığı

Plastik pipetlər ilə şəkərli və spirtli içkiləri içdikdə, pipet ağzınızın içində bir xortum kimi işləyir və ağzınızın müəyyən bir hissəsinə şəkər və spirtli içkilər yol açır. Bu da aşınmaya və çürüməyə yol aça bilir.

2. Qırışıqlıqlar

Uzmanlar deyirlər ki, necəki siqaret çəkənlərin ağızlarında qırışıqlar artırsa, plastik pipetdən istifadə edənlərin də eyni şəkildə ağızlarında qırışlar arta bilər.

3. Qaz və şişkinlik

Bu, pipetlərin havanı birbaşa həzm orqanlarına doldurması ilə baş verir.

Mənbə: CNN türk

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et