Bu gün:

Monitordan istifadə uşaqlarda hansı fəsadlara yol aça bilər?


24media.az-ın növbəti qonağı psixoterapevt Sibel Piriyevadır. Psixoloq monitorun uşaqların sağlamlığına zərərlərindən danışıb.


-Monitordan istifadə uşaqlarda hansı fəsadlara yol aça bilər? Onlarda hansı sağlamlıq problemlərinin yaranmasına səbəb olur? Neçə yaşından etibarən uşaqlara monitor istifadəsinə icazə verilə bilər?

Müasir dövrdə texnologiyanın inkişaf etdiyi bir vaxtda uşaqları telefondan ayırmaq çətin məsələyə çevrilib. Bu, uşaqların yaş dövrünə görə dəyişə bilir. 3 yaşından tez uşaq telefon, televizor qarşısında olursa, bu, uşaqların idrakına, yəni zəkasına, yaddaşına, təfəkkürünə, təxəyyülünə, nitqinə, qavramasına, duyğularına təsir göstərir. Təbii ki, bunlar da mənfi təsirlər olur. Telefon, televizordakı surət normal həyat şərtlərindəki vaxtdan daha surətli olur. Ona görə də, ekran qarşısında olan uşaqlar həyata uyğunlaşmaqda çətinlik çəkirlər. Bu, onların sosial inkişafında problem yaradır, özünəqulluq bacarıqlarına yiyələnməkdə çətinlik çəkirlər.

Ancaq 3 yaşından sonrakı uşaqlar, hansı ki bu onların məktəbəqədərki dövrü sayılır, bu uşaqlara televizora, telefona yalnız 15-20 dəqiqə baxmağa icazə verilməli, sonra sağlam, intizamlı şəkildə qadağan olunmalıdır. Fəsadların digər tərəfi olaraq yeniyetməlik dövrünə gəldikdə, biz görürük ki, yeniyetmələr telefondan daha çox asılı olur. Bunun səbəbi isə daxili boşluqlardır. Daxili boşluqların yaranma səbəbi isə valideynlərin uşaqları ilə empatiya qurmaması, duyğularının yansıdılmamasıdır. Əslində, telefon, monitor özü birbaşa təhlükə yaratmır, onun qarşısında keçirilən vaxt müddəti təhlükəyə səbəb olur. Sağlamlıq baxımından çox oturmaq onurğa sütununa mənfi təsir göstərir, digər tərəfdən, 15 dəqiqədən bir müəyyən göz çalışması hərəkətləri edilməlidir, çünki göz şüa nəticəsində yox, 1 nöqtəyə dayanmadan baxılanda zəifləyir. Ona görə də, göz sağlamlığımıza diqqət yetirmək üçün hər 15 dəqiqədən sonra müəyyən göz idmanları etməliyik. 

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et