Bu gün:

Nə üçün duz istifadə etməliyik?


Duz yeməyi daha dadlı edir. İnsan həyatı üçün də çox vacibdir.

Duzdakı natrium bədəndə adekvat su səviyyəsini saxlamaq üçün vacibdir. O, həmçinin hüceyrələrin qida maddələrini mənimsəməsinə kömək edir.

BBC Dünya Xidmətində yayımlanan Qida Zənciri duzun insan orqanizmində oynadığı həyati rolu və duzun nə qədər çox olduğunu araşdırıb.

ABŞ-ın Rutgers Universitetinin qidalanma elmləri professoru Paul Breslin "Duz həyat üçün vacibdir",- deyə xülasə verib. Həmçinin, "Duz, xüsusilə, elektriklə aktiv olan hüceyrələr üçün vacibdir. Bunlara neyronlar, beynimiz, onurğa beyni və bütün əzələlərimiz daxildir. O, həmçinin dəri və sümüklərdə də vacib bir maddədir",- deyə əlavə edib.

Mənbə: BBC

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et