Demək olar ki, etdiyimiz hər şey, kim olduğumuz və bütün davranışlarımız, beynimizdəki hüceyrələr arasındakı əlaqələrdən, yəni sinapslardan asılı olub. Uzun müddət boyunca böyüklərin beyni “sabit” olaraq qəbul edilib və onun əhəmiyyətli şəkildə dəyişdirilə bilməyəcəyi düşünülüb.
Müasir sübutlar bu nəzəriyyəni artıq kölgədə qoyub və böyüklərin beyninin daha elastik, dəyişkən ola biləcəyi qəbul edilib. Buna baxmayaraq, beynimizin aktiv şəkildə öz hissələrini yeyib, yəni fərqli hissələri məhv edib, qəribə görünə bilər. Amma məhz bu proses hər zaman baş verib.

“Faqositoz” adlanan bu proses zamanı hüceyrələr kiçik hüceyrələri və ya molekulları bürüyüb yeyib, onları sistemdən kənarlaşdırıb. Bu, sadəcə olaraq hüceyrələrin digər hüceyrələri və ya maddələri yeyib məhv etməsi prosesidir. Məhz bu prinsip əsasında immun sistemimiz işləyib; xüsusi ağ qan hüceyrələri patogenləri məhv edib, beləliklə, onların bədənimizə zərərli təsirini aradan qaldırıb.
Beyinlərimiz statik olmayıb. Onlar elastik, uyğunlaşa bilən olub, həyatın onlara atdığı hər şeyə daim reaksiya verib. Bu, beynin gücünün əsas mənbəyidir. Ancaq bunu edə bilməzdi, əgər müntəzəm olaraq öz hissələrini yeməyə hazır olmasaydı.
Mənbə: Sciencefocus
Tərcümə etdi: Aysel Şıxməmmədova
