Bu gün:

Stokqolm sindromu nədir?


Stokqolm sindromu -insanın özünə zərər verən digər şəxsdən emosional bağlılıq və asılılıq hiss etməsidir. Öz həyatının təhlükədə olmasına baxmayaraq, cinayətkara yazığı gəlməsi və onu qorumağa çalışmasıdır.

Sindrom çox vaxt dəli olmamaq üçün, ölməmək üçün cinayətkarı yaxşı yöndə göstərilməsidir.

Bəs niyə sindrom stokqolm adlanır?

İdeyanı ilk irəli sürən şəxs isveç psixiatrə və kriminalisti Nils Beyerut olub.

O,1973-cü ildə Stokqolmda baş vermiş bank quldurluğunda kriminalist kimi fəaliyyət göstərib.

Bu zaman quldurlar bank işçilərini özləri ilə birlikdə 1 həftə əsr götürüblər, polis onları qurtarmaq istədiyində isə quldurlarla özlərini daha təhlükəsiz hiss etdikləri bildiriblər.

Ama bu sindrom məişət həyatımızda da baş verə bilər.

İdmançılar bəzən öz məşqçilərinin agresiyasına dözərək ona daha çox bağlanmağa başlayırlar. “ Məşqçi məni döyür ki, mən daha yaxşı uğur əldə edim”

Ofis və təşkilat işçiləridə bu sindromla üzləşə bilirlər.

“İş yeri çox bezdirir ama öyrəşmişəm deyə getmək istəmirəm”. 

2014 araşdırmasına görə Amerikada 72% işçi buna bənzər cümlələr qurub.

Bəs sindromun əlamətləri nədir?

•İnsan ona qarşı agresiv davranan şeyi qorumağa başlayır;

•Onu qurtarmaq istəyən insanlara güvənmir;

•Cinayətkarın minimal hərəkətini yaxşılıq əlaməti olaraq bilir;

Zərər çəkən bu dairədən çıxa bilmir və özünə “Mən buna layiqəm” kimi cümlələr qurur.

Mənbə: Skillbox

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et