
1930-1940-cı illərdə siqaret çəkmək həm kişilər, həm də qadınlar üçün normaya çevrildi və o zaman bir çox həkimlər də siqaret çəkirdi. Eyni zamanda, əhali arasında siqaretin sağlamlığa zərərləri ilə bağlı narahatlıqlar artırdı.
Strateji bir addım olaraq, tütün şirkətləri birbaşa həkimlərə istinad edən reklamlar hazırlayırdılar. 1950-ci illərin əvvəllərində həkimlərin iştirak etdiyi reklam kampaniyaları inkişaf etdikcə, tütün şirkəti istehlakçıları öz markalarının təhlükəsiz olduğuna inandırmaq üçün "həkim imici"ndən istifadə edirdilər.
Bu reklamlar həmçinin təklif edirdi ki, siqaretə qarşı sistematik sağlamlıq sübutları artıq yığılmış olsa da, fərdi həkimlərin klinik mülahizələri siqaretin zərərlərinin müəyyənedicisi olmağa davam etməlidir. Bununla belə, 1954-cü ilə qədər sənaye strateqləri siqaretə təsir edən sağlamlıq dəlilləri ilə bağlı artan ictimai narahatlıq fonunda reklamlardakı həkimlərin şəkillərinə artıq inandırıcı baxmamağa başlayıblar.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Selcan İbişli
