Alman tədqiqatçılar xəbərdarlıq ediblər ki, bir çox insanların etibar etdiyi və sağlamlıqla bağlı məsləhətlər aldığı süni intellektə əsaslanan axtarış sistemləri zərərli dərmanlar tövsiyə edir.
Dünyada bir çox insanlar süni intellekt vasitəsilə, simptomlarını axtararaq elmi əsas olmadan özlərinə diaqnoz qoya bilir. Bununla belə, alman alimləri xəbərdarlıq ediblər ki, süni intellekt həmişə düzgün istiqamət vermir.
Kaliforniya Universiteti tərəfindən aparılan araşdırmaya görə, süni intellektlə dəstəklənən chatbotlar tərəfindən verilən məlumatların beşdə birindən çoxu ölüm və ya ciddi xəsarətlə nəticələnə bilər. Mütəxəssislər bildiriblər ki, xəstələr belə axtarış sistemlərinə etibar etməməlidirlər.
Sübut olunub ki, chatbot cavablarının ən azı 26 faizi elmi məlumatlara uyğun gəlmir və uyğun olmayan ifadələr ehtiva edir. Cavabların ətraflı təhlili zamanı müəyyən edilib ki, süni intellektin təqdim etdiyi tibbi məlumatların 42 faizi orta dərəcədə, 22 faizi isə ölüm kimi ciddi zərər verə bilər.
BMJ Quality and Safety jurnalında dərc edilən araşdırmada süni intellektin xəstələrin təhlükəsizliyini əhəmiyyətli dərəcədə təhdid etdiyi müəyyən edilib.
Mütəxəssislər vurğulayıblar ki, fərdlər mümkün simptomları ilə bağlı mütləq tibb işçiləri ilə məsləhətləşməlidirlər.
Mənbə: NTV Türkiyə
Tərcümə etdi: Fidan Fərmanlı
