Bu gün:

Chris Brown qadınlara qarşı zorakılığı diqqət mərkəzində saxlayır


Chris Brown-un Cənubi Afrikada qarşıdan gələn konserti ölkədə qadınlara qarşı zorakılığın şokedici səviyyələrinə yenidən diqqətin yönəldilməsinə səbəb oldu və kampaniyaçılar onun sui-istifadə tarixini nəzərə alaraq bunun yanlış mesaj olduğunu söylədilər.


İki saatdan az müddətdə Qremmi qalibi Afrikanın 94.000-dən çox yerlik ən böyük stadionu olan Yohannesburqdakı FNB Stadionuna biletləri satmağı bacardı. Tələb o qədər yüksək idi ki, ikinci dekabr tarixi əlavə edildi.

Kütləvi marağa baxmayaraq, R 'n' B ulduzu şiddətli keçmişinə görə çıxışını istəməyən insanların reaksiyası ilə üzləşdi.

Cənubi Afrikada qadın və uşaqların hüquqlarını müdafiə edən Dəyişiklik üçün Qadınlar təşkilatının icraçı direktoru Sabina Valter, "Kris Braunun Cənubi Afrikaya gəlməsi xəbərini görəndə şoka düşdüm və dərindən məyus oldum" dedi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et