Bu gün:

Kağız kəsikləri niyə bu qədər ağrılıdır?


Bədənimizdə ən çox ağrı hiss edən yerlər barmaq uclarımızdır. Kağız kəsimi nazik olduğundan adətən damarlara çatmır və qanaxma baş vermir. Yara qan və ya laxta ilə örtülmür.

Yara açıq qaldığı müddətcə reseptorlarımız hava, su və ya digər maddələrlə təmasda olduqda beynimizə ağrı siqnalları göndərirlər. Bu ağrı qanaxmalı bir kəsilmədən və ya yanıqdan daha şiddətli olaraq qəbul edilir. Ən yaxşı həll kəsilmiş ərazinin hava ilə təmasda olmasının qarşısını almaqdır.

Mənbə: bilim up 


Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et