Çox isti və ya çox soyuq bir şeyə toxunduqda, hisslərimiz ağrı yaradır. Bəs niyə? Buna səbəb nədir?
Dərinin - və onunla əlaqədar sinirlərin - funksiyası haqqında adətən toxunma hissiyyatına cavabdeh kimi düşünürük, lakin, bioloqların "somato-duyğu" adlandırdıqları hiss, əslində daha geniş məna daşıyır.
Buraya özünə toxunma və ya dərinin mexaniki xəbərdarlıq tanıması, proprioseptik və ya bədənin səmt və mövqeyini hiss etmə bacarığı və nosiseptik və ya bədənin zərərli xəbərdarlıqları müəyyənləşdirmə bacarığı daxildir. Ağrı, bədənin nosiseptik duyğuya reaksiyasıdır.
Ağrının mexaniki, kimyəvi və ya termal olmasında asılı olmayaraq, nosiseptik duyğu, bizi ondan uzaqlaşmaya vadar edir. Əlinizi alova yaxınlaşdırdıqda, yanma hissi əlinizi, alovdan mümkün qədər tez çəkməyə məcbur edir.
Bu insanı incitsə də, ağrı, bədənin təhlükəsiz qalmaq çabasına bir işarədir. Ağrı hissini itirmək isə əsl problemdir.
"Əsas prinsip hiss neyronlarının bədəndə hərəkət edən kanal dəstələrinin, birbaşa isti və ya soyuq temperaturlar tərəfindən hərəkətə keçməsindədir",-Duke Universitetinin neyrobioloqu Jorg Grandl deyib.
Onlardan ən yaxşı anlaşılanı TRPV1 kəskin istiyə cavab verir. TRPV1 temperatur 42 dərəcə selsiyə çatmasa hərəkətə keçmir. Bu temperatur isə, həm insanlar, həm də siçanlar üçün kəskin isti sayılır.
Dəri bunu hiss edər-etməz, kanal aktivləşir və bu da öz növbəsində bütün siniri aktivləşdirir və siqnal beyinə bəsit bir mesajı çatdırır: of!
"Soyuqda da eyni mexanizm işə düşür", Grandl izah edir. Buna cavabdeh olan protein TRPM8 adlanır və kəskin soyuq əvəzinə bu kanal, sərin, amma kəskin soyuq olmayan temperaturlara reaksiya verir.
Bəs temperaturun hərəkətə keçirdiyi reseptorlar, niyə bitkilərdən də təsirlənirlər? Washinqton Universitetinin molekulyar bioloqu Ajay Dhaka-ın da izah etdiyi kimi, TRPV1 balıqlar, quşlar və ya dovşanlarda kapsaisinə heç bir cavab vermədiyi halda, insanlar və gəmiricilərdə hərəkətə keçir.
"Ola bilsin ki, kapsaisin tərkibli bitkilər, bəzi heyvanların onları yeməməsi üçün bu cür qurulublar",- o deyib. Fərz edilir ki, mentol və xardalın təkamülü də eyni gücə dayanır.
Mənbə: BBCnews
Tərcümə etdi: Aytac Musayeva
