Hepatit virusunun A, B, C, D və E tipləri adlanan beş əsas növü vardır. Onların hamısı qaraciyər xəstəliyinə səbəb olsa da, ötürülmə yolları, xəstəliyin şiddəti, coğrafi yayılması və qarşısının alınması da daxil olmaqla mühüm yollarla fərqlənirlər.

Xüsusilə B və C növləri yüz milyonlarla insanda xroniki xəstəliyə səbəb olur və qaraciyər sirrozu, qaraciyər xərçəngi və viral hepatit səbəbiylə ən çox görülən ölüm səbəbidir. Dünyada təxminən 354 milyon insan hepatit B və ya C ilə yaşayır.
Hepatit A, B, C, D və ya E olan bir çox insanda simptomlar yüngül və ya heç olmasa da, virusun hər forması daha ağır simptomlara səbəb ola bilər. Hepatit A, B və C-nin simptomları qızdırma, yorğunluq, iştahsızlıq, ishal, ürəkbulanma, qarın ağrısı, sidik qaralması və sarılıq ola bilər. Bəzi hallarda virus sonradan siroz və ya qaraciyər xərçənginə çevrilə bilən xroniki qaraciyər infeksiyasına da səbəb ola bilər. Bu xəstələr ölüm riski ilə üzləşirlər. Hepatit D yalnız hepatit B-yə yoluxmuş insanlarda aşkar edilir. HBV və HDV-nin ikili infeksiyası daha ağır infeksiyaya və sirozun sürətlənməsinə səbəb ola bilər. Hepatit E bir neçə gün davam edən yüngül qızdırma, iştahsızlıq, ürəkbulanma və qusma ilə başlayır. Bəzi insanlar qarın ağrısı, qaşınma, və ya oynaq ağrısı ilə də qarşılaşa bilər. Tünd sidik və solğun nəcis ilə sarılıq, bir az böyümüş, həssas qaraciyər (hepatomeqaliya) və ya bəzən kəskin qaraciyər çatışmazlığı da baş verə bilər.
Mənbə: medicine hospital
Tərcümə etdi: Uğur Hacîyev
