Bu gün:

Erkən yaşlarda xərçəng hallarının artması


Dünyada aparılan araşdırmalar göstərir ki, 20, 30 və 40 yaşlarında olan insanlarda süd vəzisi və kolon xərçəngi və digər xərçəng növlərinə rast gəlinmə halları artmaqdadır. Böyük Britaniya, ABŞ, Fransa, Avstraliya, Kanada, Norveç və Argentina da daxil olmaqla, son on ildə 24 ölkədə 25-49 yaşlı kolon xərçəngi xəstələrinin nisbətində əhəmiyyətli artım müşahidə olunub.


Amerika Xərçəng Cəmiyyəti (ACS) və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən 50 ölkəni əhatə edən tədqiqatın ilk nəticələri sentyabr ayında açıqlanıb.

Tapıntılar tibb aləmində narahatlıq yaradıb.


Bu ölkələrin 14-də artım tendensiyası yalnız gənclər arasında müşahidə olunub, yaşlılar arasında isə artım tempi sabit qalıb. 

Mənbə:bbc.com


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et