Dünyada ilk dəfə tam göz transplantasiyası əməliyyatı keçirən təqaüdçü amerikalı əsgərin bir il sonra ciddi irəliləyiş əldə etməsi bu sahədə çalışan həkimlərə ümid yaradıb. 46 yaşlı Aaron Ceyms 2021-ci ildə yüksək gərginlikli xəttə texniki xidmət göstərərkən qəza keçirdi və üzünün çox hissəsini itirib. Ceyms də qismən üz transplantasiyası əməliyyatı keçirib. Bu əməliyyat çox az adamda aparılır. Nyu York Universitetinin Langone Sağlamlıq Tibb Mərkəzinin tədqiqatçıları transplantasiya edilmiş gözün normal təzyiq və qan axını saxladığını bildiriblər. Eynilə transplantasiya edilən heyvanlarda da əməliyyatdan sonra donor gözün kiçilməsi müşahidə olunub. Ceymsin donor gözündə görmə geri qayıtmayıb. Lakin tədqiqatçılar ümid edirlər ki, o, bir gün onu yenidən görəcək. Ceymsi izləyən tədqiqatçılar onun əldə etdiyi irəliləyişdən "heyrətləndiklərini" deyirlər. Görmə qabiliyyətini bərpa etmək üçün ümid verir.
Mənbə:TRT haber
Tərcümə etdi:Nərgiz Orucova
