Ginekologiya və Doğum Mütəxəssisi Opr. Dr. Seher Sarı Kayalarlı deyir ki, Endometriozda ağrı, qanaxma və hamilə qalmanın çətinliyi ən çox görülən şikayətlərdir. Xəstəlik hər yaşda müşahidə olunsa da, daha çox 30-40 yaş arasında rast gəlinir.
Ginekologiya və Doğum Klinikasından Opr bildirir ki, endometrioz estrogendən asılı bir xəstəlikdir və uterusun daxili təbəqəsinin normalda olması lazım olduğundan daha çox bədənin digər hissələrində olması ilə xarakterizə olunur.
Kayalarlı, "Dünyada təxminən 190 milyon qadına təsir edən xroniki bir xəstəlikdir. Endometrioz təxminən hər 10 qadından birində görülür. Ancaq müəyyən problemləri olan insanlarda daha çox rast gəlinir. Məsələn, qadınların yüzdə 40-ı hamiləlik problemləri, dərman müalicəsinə cavab verməyən xroniki qasıq ağrıları ilə qarşılaşır, (yetkinlik) qızların təxminən yüzdə 75-ində görülə biləcəyi göstərilib",-deyib.
"Endometriozda ən çox rast gəlinən qanaxma problemləri iki formada olur: həddindən artıq qanaxma (hipermenoreya) və menstruasiyadan əvvəl ləkələnmə". Endometriozun olmasının hamilə qalmağı qeyri-mümkün etmədiyini, ancaq hamilə qalmaqda çətinlik yarada biləcəyini ifadə edən Kayalarlı, "Bunun əsas səbəbləri arasında yumurta ehtiyatının azalması, yapışma səbəbiylə boruların tıxanması, hamiləliyin pozulması var."
"Xəstəliyin təyin edildiyi halda, bu müddət ərzində müalicə olunmayan şəxsin endometrioz xəstəliyi insandan, yəni yaşından, yumurtalıq ehtiyatından, uşaq sahibi olmaq istəyindən, əlavə xəstəliklərin olmasından və endometrioz riski fərzinə görə formalaşır".
Mənbə: CNN türk
Tərcümə etdi: Nərgiz Orucova
