Bu gün:

Qidalanma piylənməyə təsir edir


Düzgün şəkildə  yemək bədənin sağlam qalmasının ən vacib elementlərindən biridir. Bəs yemək vərdişləri piylənməyə necə təsir edir?

Qidalanma və piylənmə əlaqəsi

Sağlam bədən çəkisi, düzgün qidalanma və fiziki fəaliyyət bir çox sağlamlıq problemlərinin qarşısını almaqda əsas rol oynayır. Bir mütəxəssisin nəzarəti altında pəhriz və fiziki fəaliyyətə riayət etmək lazımdır. Mütəxəssislər tərəfindən təklif olunan qidalanma və müntəzəm məşq proqramları insana uyğun kilo alması üçün çox vacibdir.

Sağlam və balanslı bir pəhriz obezitenin müalicəsində əsas rol oynayır. Buradakı məqsəd, əlbəttə ki, kilo vermək deyil. Bədən sağlamlığını yaxşılaşdırmaq və kilo itkisi ilə birlikdə sağlamlıq risklərini minimuma endirmək məqsədi daşıyır. Bunun xaricində yuxu rejimi və ən əsası fiziki fəaliyyət də diqqət yetirilməli olan amillərdən biridir.

Daha sürətli arıqlamağa yönəlmiş pəhrizlər xəstənin sağlamlığı üçün təhlükə yaradır. Aşağı kalorili pəhrizlər əzələ kütləsinin itirilməsinə və bədəndəki mineralların parçalanmasına səbəb olur. Şəkərli qidaların qəbulu azaldılmalı və bunun əvəzinə, tərəvəz, meyvə, tam taxıl və ya paxlalı bitkilərin qəbulu artırılmalıdır. Çox miqdarda duz qəbul edilməməlidir. Zamanla həddindən artıq duz qəbulu hipertoniya və insulin müqavimətinə təsir edir.

Bədənin ehtiyac duyduğu ən vacib şey sudur. Gündəlik ən azı 2-3  litr su içmək son dərəcə vacibdir. Şəkərli və ya qazlı içkilər və meyvə şirələrindən qaçınmaq lazımdır.

Piylənmə sağlamlıq problemləri riskini artırır

Artıq çəki və piylənmə müəyyən sağlamlıq problemləri riskini artıra bilər. Bəzi emosional və sosial problemlərlə də əlaqəli ola bilər. Piylənmə sağlamlıq problemləri üçün əsas risk faktoru olsa da, xərçənglə də əlaqələndirilir.

Yüksək çəkili və obez insanlarda tip 2 diabet, ürək xəstəliyi, yüksək qan təzyiqi, yüksək xolesterol və bəzi xərçəng növləri ilə rastlaşmaq mümkündür. Sağlam bir bədənə sahib olmaq üçün davamlı müntəzəm qidalanma və fiziki fəaliyyət təmin etmək və uyğun bir mühit yaratmaq lazımdır.

Mənbə: Cnn Türk

Tərcümə etdi: Aysu Əsədova


 



 

Paylaş
Şərh əlavə et