Bu gün:

Spirtli içkilərin istifadəsi nə qədər risklidir?


Dünyanın bir çox yerlərində spirtli içkisiz ziyafət ağlasığmazdır. Bəzi insanlar üçün bir qədəh şərab yad insanlarla söhbətə başlamağı asanlaşdırır.


İnsanlar bir çox səbəbə görə içirlər. Bayram etmək, sosiallaşmaq və hətta stressi aradan qaldırmaq spirtli içki qəbulunun ümumi səbəbləridir.

Bəzi araşdırmalar həmçinin göstərir ki, qırmızı şərab kimi bəzi spirtli içkilərin məhdud istifadəsi sağlamlıq üçün faydalı ola bilər.

Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, spirt istifadəsinin sağlam tərəfi  yoxdur.

ÜST-nın son hesabatına görə, hər il 2,6 milyon insan alkoqol qəbulu ilə bağlı səbəblərdən ölür.

Alkoqol bağırsaq və döş xərçəngi də daxil olmaqla ən azı yeddi növ xərçəngin səbəbidir.

ÜST tərəfindən ətraflı araşdırma; Yüngül və orta istifadəyə uyğun gələn 1,5 litrdən az şərabın və 3,5 litrdən az pivənin belə təhlükəli olduğunu izah edir.

ÜST-nin yeni təlimatında deyilir ki, təhlükəsiz istifadə miqdarı yoxdur və “sağlamlıq riski hər hansı bir spirtli içkinin ilk damlası ilə başlayır”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, dünya üzrə adambaşına ümumi spirt istifadəsi 2010-cu ildə qeydə alınan 5,7 litrdən 2019-cu ildə 5,5 litrə qədər bir qədər azalıb.

Alkoqol istifadəsində kişilər qadınlardan öndədir. Orta hesabla, qadınlar ildə 2,2 litr, kişilər isə 8,2 litr spirt tükədir.

Mənbə: bbc

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et