Bu gün:

Beyinin böyüməsi qidalanmadan asılıdır?


Bir çox antropoloq böyük sosial qruplar içində yaşamağın, beyinin getdikcə böyüməsində mühüm bir təsir olduğuna inanır, fəqət, əldə olunan yeni bilgilər bu inamı sual altına qoyur.

New York Universitetinin primatologiya bölməsindəki rəflərdə çox sayda sümük saxlanır. James Higham, bu sümüklərin insan təkamülünün vacib bir mərhələsi ilə bağlı suala cavab verdiyinə inanır.

İnsan beyni niyə bu qədər böyük və ağırdır?

Təxminən iyirmi ildir ki, gündəmdə olan bu nəzəriyyə, "sosial beyin fərziyyəsi" adı ilə tanınır.

Primatlar üzərində aparılan böyük miqyaslı araşdırmalar əsasında Higham və dostu Alex DeCasien, bu nəzəriyyənin hər şeyi izah etmədiyi nəticəsinə gəliblər.

Nature Ecology and Evolution jurnalında yer alan yeni bir araşdırmaya görə, primatın yedikləri ilə beyinin böyüməsi arasında əlaqə var.

Bu nəticəni əldə etmək üçün araşdırmaçılar, 140 primat növünü nəzərdən keçirərək məlumat toplayıblar. Beləcə, primat beyninin böyüklüyü ilə qrup böyüklüyü və sosial quruluş kimi müxtəlif sosial faktorlar arasındakı əlaqə araşdırlıb.

Yeni məlumatlar isə, sosial qrup böyüklüyündən əlavə, primatların yediklərinin beyinin böyüklüyünü müəyyənləşdirdiyinə işarə edir.

Higham-a görə, meyvə ilə qidalanan primatların yarpaq yeyən primatlardan daha böyük beyinə sahib olduğu qədimdən bəlli olub. Belə ki, meyvə, yarpağa nisbətən daha bəsləyicidir və daha asan həzm olunur.

Digər tərəfdən, yarpaqla müqayisədə meyvənin həm zaman, həm də məkan baxımından daha nizamsız bölüşdürülməsi, meyvə toplamağı daha çətin və daha çox bacarıq tələb edən bir işə çevirir.

Lakin, bu, böyük beyinin təkamülündə sosial qrupun böyüklüyünün əhəmiyyətsiz olduğu mənasına gəlmir.

Meyvə yarpaqdan daha az olduğuna görə, meyvə ilə qidalanan primatların daha geniş bir ərazini axtarması lazımdır.

Mənbə: BBCnews 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et