Bu gün:

Pəhriz saxlayarkən arıqlamağın qarşısını alan 5 böyük səhv


Sağlam və gümrah görünmək arzusu kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir.

Böyük Britaniyanın Daily Mirror qəzeti çəki atmağın qarşısını alan vərdişləri və bunları aradan qaldırmaq istiqamətində bəzi tədbirlərin siyahısını yaradıb:

1. Şəkəri azaldın

Şəkərdən çoxlu istifadə çəkini almağa təsir edən əsas amillərdəndir. Bədən artıq qəbul etdiyi şəkəri yağ hüceyrəsi olaraq saxlayır. 

Şokolad və peçenye yeməsəniz və bunların yerinə bal və ya quru meyvələrdən istifadə etsəniz belə aldığınız şəkərin miqdarı çox daha yüksək ola bilər. Bunun qarşısını almaq üçün şəkərə nəzarət edərək pəhrizin qeydiyyatını aparın. Hər gün aldığınız şəkərin miqdarını azaltmağa çalışın.

2. Hərəkət edin

Aparılan araşdırmalar insanların 80 faizinin təklif edilən idman hərəkətlərinin həftədə 5 gün, ən azı 30 dəqiqə hədəfini yerinə yetirmədiyini müəyyən edib.

Həftədə bir neçə dəfə idman hərəkətləri etməyinizə baxmayaraq hələ də çəkinizi azalda bilmirsinizsə, o zaman günün qalan hissəsində nələr etdiyinizə diqqət yetirmək lazımdır.

3. Qidaları yaxşı çeynəyin

İnsanların 60 faizi isə beş dəqiqə içində yemək yeyərək sürətlə davam edən gündəlik həyat tərzinin sürətindən geri qalmamağa çalışırlar. Yaxşı həzm olunmayan qidalar iştaha nəzarət edən hormonların da yaxşı fəaliyyət göstərməməsinə səbəb olur.

Qidaları daha üzun müddət çeynəməyə cəhd etmək lazımdır, dostlarınızla yemək yeyərkən yeməyi hər kəsdən sonra bitirməyi hədəfə alın.

4. Faydalı da olsa, bəzi qidalardan daha az istifadə edin

Quru yemiş və paxlalı kimi qidaların böyük hissəsi qidalandırıcı olmasına baxmayaraq tərkibindəki kalori səbəbiylə sizi hədəfinizdən uzaqlaşdıra bilər.

Qoz, badam və fındıq kimi qidaları ara vaxtlarda az miqdardə qəbul edərək həm pəhrizinizi qoruya bilərsiniz, həm də vücudunuza lazım olan qida elementlərini ala bilərsiniz.

5. Kifayət qədər yuxu

Narahat bir gecədən sonra vücudun karbohidrata və şəkərə olan ehtiyacının artdığı, həddən artıq yorğun olduqda isə beynin şəkər almaq üçün xəbərdarlıq göndərdiyi ifadə edilir.

Yuxu bundan başqa hormonları da tənzimləmək səbəbiylə pəhrizdəki uğurlu nəticəyə birbaşa təsir edir.

Mənbə: BBCnews 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et