Bu gün:

Meyvə və tərəvəzləri necə saxlamalıyıq?



İstehsal edilən təqribən 1,3 milyard ton ərzaq tullantılara gedir. Yeməyimizi qorumaq və israf etməmək üçün düzgün saxlamalıyıq. Yeməyi tanıyıb düzgün yerləşdirsək, həm pula qənaət edə, həm də israfçılığın qarşısını ala bilərik.

Alış-verişə getməzdən əvvəl siyahı yaradaq və lazım olan qədər alaq. Meyvə və tərəvəzlərimizi torbalarda saxlamayaq, imkan daxilində kətan parça və dəsmallardan istifadə etməyə çalışaq. Davamlı olaraq soyuducumuzu yoxlayaq və ilk olaraq çürüməyə yaxın olan meyvə və tərəvəzləri istifadə edək. Yeməyimizi qoruya bilməsək, dünyamızı qoruya bilmərik.

Nəmlik

Yüksək rütubəti sevən: Brokoli, gül kələm, limon, yaşıl göyərti, bibər və çiyələk kimi tez solmağa meylli qidalar soyuducuda saxlanılmalıdır.

Aşağı rütubəti sevən: Ərik, əncir, kivi, qovun, şaftalı, banan kimi tez çürüyə bilən qidalar piştaxtalara qoyulmalıdır.

Tez çürüyənləri və tez solanları yan-yana saxlamayın.

Banan tez yetişən meyvədirsə, onun yanında sitrus meyvələri varsa, tez qaralır və çürüyür.

Almanı bir az nəm kətan dəsmal ilə örtərək soyuducunun meyvə və tərəvəz gözündə saxlayın.

Unutmayın ki, bir az çürük olsa belə, onun çıxardığı etilen qazı digər qidaları xarab edəcək. Onu ayırın və vaxt itirmədən istifadə edin.

Yaşıllar rütubəti sevir, amma nəm qalmağı sevmirlər, tez saralırlar.

Kahı və rukkola kimi qalın göyərtiləri yuduqdan sonra yaxşıca qurutduğunuzdan əmin olun. Quru dəsmala sarın və soyuducuda saxlayın.

Nanə, cəfəri və reyhan kimi zərif otları istifadə etməzdən əvvəl yuyun. Soyuducuda saxlamaq üçün onu çiçək kimi su ilə stəkana qoya bilərsiniz.

Bibər, üzüm, portağal, limon, çiyələk kimi meyvələr soyuducuda saxlanmalıdır.

Limon çöldə bir həftə dayana bilsə də, soyuducuda dörd həftə dayana bilər. Xiyar və badımcan soyuqdan xoşlanmır. Beləliklə, bir neçə gün ərzində istifadə edəcəksinizsə, hər ikisini çöldə saxlaya bilərsiniz.

Mənbə: bilimup

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et