Bədən saatımıza uyğun davranmağın sağlamlıq baxımından zərərləri barədə davamlı xəbərdarlıq alırıq. Yemək saatlarımız bədən ritmimizə uyğundurmu və görəsən yemək vaxtlarımızı dəyişdirərək daha sağlam olmağımız, çəkidən azad olmağımız mümkündürmü?
Bu gün səhər yeməyində, daha sonra naharda nə yediniz?
Yəqin ki, gündüz saatlarında, şorbadan qənnadı məmulatlarına uzanan təmtəraqlı bir şam yeməyindən çox daha yüngül bir şeylər yeyirsiniz.
Bəzi mütəxəssislər gündəlik kalorilərimizin çoxunu günün daha erkən saatlarında yeyib, axşam daha yüngül yeməyin bizi daha çox sağlam edəcəyi fikrindədir.
Nə vaxt yemək lazımdır?
Bədən saatı dedikdə ümumi olaraq nə zaman yatdığımızı müəyyənləşdirən fiziki müddət başa düşülür. Amma əslində saatlar vücudumuzun rəsmən hər bir hüceyrəsində mövcuddur.
Bu saatlar gündəlik həyatımızı davam etdirməyimizə imkan verir. Misal üçün, qan təzyiqimizi, bədən hərarətimizi, hormonlarımızı bircə-bircə nizamlayır. Səhərləri oyanmağımızı bu saatlara borcluyuq.
Xrono-qidalanma, yəni yemək vərdişləri ilə bədən saatı əlaqəsini araşdıran Dr. Pot deyir ki:
"Axşamları böyük bir pay yemək doğru deyil. Çünki o saatlarda vücud gecə istirahət etməyə hazırlıq mərhələsinə doğru yavaşlayır".
Onda gündüzləri yeməklərimizi daha tez yeməliyik?
İstər Dr Johnston, istərsə də Dr Pot, böyük pay yeməkləri daha erkən vaxtlarda, məsələn nahar yeməyi zamanı yemənin daha yaxşı olduğuna dair kifayət qədər tapıntıların olduğunu düşünür.
Xrono-qidalanma üzrə mütəxəssis, professor Alexandra Johnstone bu mövzuda bir az daha təmkinlidir.
Professor böyük pay yeməklərin daha tez yeyilməsinin sağlamlığımıza müsbət təsir etməsinə dair tapıntılar olduğunu deyir. O, bunun səbəblərinin daha yaxşı izah edilməsinin vacibliyini vurğulayır.
Mənbə: BBCnews
Tərcümə etdi: Aytac Musayeva
